Avropada koronavirus xəstəliyindən ölən xəstələrin sayı 1 milyonu keçərək 1 000 062-yə yüksəlib.
Reuters xəbər verir ki, qitədə yoluxma hadisələrinin sayı isə 37 221 978-ə çatıb.
Qeyd edək ki, dünyada təsdiq edilmiş yoluxma hallarının, təxminən 30,5 faizi, ölüm sayının isə 35,5 faizi Avropanın payına düşür.