Avropanın ilk eko-məscidinin açılışı olub

- İnşası 23 milyona başa gəlib (FOTO)
06 Dekabr 2019 - 12:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya səfəri zamanı Kembricdə yerləşən Avropanın ilk eko-məscidinin açılışında iştirak edib. Eyni zamanda min nəfərin ibadəti üçün nəzərdə tutulan məscidin tikintisi 23 milyon funt sterlinqə başa gəlib.

Açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Avropada ilk eko-məscidin istifadəyə verilməsinin əhəmiyyətli hadisə olduğunu bildirib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan dekabrın 3-də keçirilən NATO sammitində iştirak etmək üçün Böyük Britaniyaya səfərə gəlib(azərtac).