Moskvada avtomobil hündürmərtəbəli dayanacaqdan yerə düşərək yanıb.
AzPost bildirir ki, bu barədə görünütlər teleqram kanallarında yayılıb.
Hadisə Krılatskaya küçəsindəki dayanacaqda baş verib. Hadisə şahidlərinin sözlərinə görə, “Volkswagen Golf” 4-cü mərtəbədən düşüb. Yerə düşən avtomobili qadın idarə edib. O avtomobili geriyə döndərərkən avtodayanacaqdan düşüb. Sürücü dünyasını dəyişib.