Avtomobillərdə hansı dərmanları saxlamaq lazımdır? – Novruz Məmmədov SİYAHINI təsdiqlədi

Nəqliyyat vasitələrində saxlanılan dərman qutularının tərkibi müəyyənləşib.

Azpost.info bildirir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Qərarla dərman qutusunun tərkibi aşağıdakı kimi müəyyən edilib.

Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vasitələr:

  1. Analgin 0.5 (yaxud əvəzedici) – 1 qutu;
  2. Portativ hipotermik (soyuducu) paketkonteyner – 1 ədəd;
  3. Natrium sulfasil məhlulu – 1 tübik;
  4. Aspirin 325 mq doza və ya Aspirin 100 mq doza – 1 qutu.

Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vasitələr:

  1. Özünə və qarşılıqlı yardım məqsədilə arterial qanaxmanı saxlamaq üçün tənzimlənən (təzyiqli) jqut – 1 ədəd;
  2. Steril bint 10×5 sm – 1 ədəd;
  3. Qeyri-steril bint 10×5 sm -1 ədəd;
  4. Qeyri-steril bint 5×5 sm- 1 ədəd;

5.Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8×10 sm ölçüdə MAQ atravmatik sarğısı – 1 ədəd;

  1. Steril tibbi sarğı paketi – 1ədəd;
  2. Bakterisid leykoplastr 2,5×7,0 sm, yaxud 2×5 sm – 8 ədəd;
  3. Kapilyar və venoz qanaxmaları saxlamaq üçün 6×10 sm, 10×18 sm ölçüdə furaqinli “Koleteks QEM” steril salfetləri, yaxud statin (tox halında) 1,0 q – 3 ədəd, 3 dəst;
  4. Steril tibbi salfet (tənzif materialından) 18×14 sm – 1 ədəd;
  5. Spirtdə 5 faizli yodun, yaxud 1%-li brilyant abısının məhlulu – 1 falkon;
  6. 1×500 sm və ya 2×500 sm, yaxud 1×250 sm ölçüdə leykoplastr – 1 ədəd;
  7. Qeyri-steril boruşəkilli tibbi elastik bint – 1 ədəd;
  8. Pambıq 50 q – 1 bağlama.

Ürək ağrılarına qarşı vasitələr:

Nitroqliserin həbləri, yaxud kapsulası (trinitrolonq) – 1 qutu.

Bayılmaya qarşı vasitə:

Ammiak məhlulu (naşatır spirti) – 1 flakon.

Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vasitələr:

Aktivləşdirilmiş kömür – 1 qutu.

Qayçı (kütuclu) – 1 ədəd.

Birdəfəlik istifadə üçün qeyri-steril tibbi əlcək – 1 cüt.

İlk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası – 1 ədəd

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şvartsenegger:

Sonrakı məqalə

Elinanın valideynləri direktordan 100 min manat tələb edir –