Avtovağzalda gecə reysləri açılıb- İlk statistika və yeniliklər

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bərpa olunan gecə reyslərinə ilk günlərdən tələbat çoxdur.

Bunu Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, gecə resyləri 1 oktyabr tarixindən etibarən Gəncə və Qırımızı körpü istiqamətlərinə başlayıb, ayın 18-dən isə Mingəçevir və Şəki istiqamətlərinə də reyslər açılıb:

“İlk günlərdə Şəki istqamətinə reys nəzərdə tutulmurdu, çünki payız və qış aylarında sınaq müddəti olacaqdı və özünü doğrultduğu halda Şəkiyə reys açılacaqdı. Ancaq sərnişin təlabatının çox və yol infrastrukturunun yaxşı olması bu reysin daha tez həyata keçirilməsinə imkan yaratdı”.

P.Məmmədova bir ay ərzində gecə reyslərində daşınan sərnişinlərin sayını da açıqlayıb:

“Bu günə kimi Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə 102 reyslə 2434 sərnişin daşınıb. Bu resylər vasitəsilə regionlardan Bakıya 2984 nəfər sərnişin gəlib. Sərnişindaşıma üzrə üstünlük daha çox Gəncə və Qırmızı körpü istiqamətlərində olub”.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, gecə reyslərinə cəlb edilən “Neoplan” markalı avtobusların salonlarında müşahidə kameraları qurşadırılıb və hər birində GPS naviqasiya sistemi var: “Dispetçerlər naviqasiya vasitəsi ilə avtobusların harada olduğuna canlı nəzarət edə bilirlər. Avtobuslarda sərnişinlərin istifadəsi üçün Wi-Fi quraşdırılıb və çay, qəhvə də təklif olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dini Liderlərin Bakı sammitinin verəcəyi “Qarabağ”

Sonrakı məqalə

İlham Əliyev MDB-nin Müdafiə nazirlərini qəbul etdi: