AXCP Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası təyin edib

Oktyabrın 8-də saat 12-də Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında – sərbəst toplaşmaq hüququnun bərpası ilə bağlı etiraz aksiyası keçirəcək.

Azpost.info bildirir ki, bu barədə AXCP məlumat yayıb. Aksiyada AXCP və Milli Şuranın fəalları iştirak edəcək.

Milli Şuranın sentyabrın 28-də mitinq keçirmək barədə xəbərdarlıq məktubuna Bakı Şəhər İcra Hakimiyyəti qanedici cavab verməyib. Belə ki, Milli Şuranın mitinq keçirmək üçün paytaxtın mərkəzi hissələrində təklif etdiyi 3 yerdən heç birinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verməyib. İcra hakimiyyəti aksiyanın şəhərdən kənardakı Lökbatan qəsəbələrdə keçirilməsini təklif edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev və Mehriban Əliyeva təmir edilmiş Atatürk parkına gəlib –

Sonrakı məqalə

Elçibəyin DTK ilə bağlı verdiyi bəyanat üzə çıxdı –