Aygün 51-ci doğum günündə də bu ənənəsini pozmadı….

Bu gün Xalq artisti, pop-diva Aygün Kazımovanın 51 yaşı tamam olur.

Sənətkar ənənəsinə sadiq qalaraq, öz doğum günündə pərəstişkarlarını sevindirib.

O, son buraxdığı “Я в Нирване” rusdilli albomunda yer alan eyniadlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Mahnının sözləri Maksim Qredinə, musiqi isə Vladimir Stukova məxsusdur. Klipin rejissoru Əli Abbasovdur.

Qeyd edək ki, A.Kazımovanın doğum günü münasibətilə bu axşam paytaxtdakı məkanların birində “Diva party” təşkil olunacaq. Karantin qaydalarına riayət olunaraq keçiriləcək tədbirdə müğənninin komandası və ən yaxın sənət dostları iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vergi güzəşti verilən fiziki şəxslər üçün şərtlər asanlaşdırılıb

Sonrakı məqalə

Sabah Bakıda sulu qar yağacaq