“Ayı əti satan şəxs dövlətə cavab verməli olacaq”- Nazir

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev sosial şəbəkələrdə ayı ətinin satılması ilə bağlı məsələyə münasibət bildirib.

APA xəbər verir ki, nazir Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib ki, ayı ətini satan “ovçu” artıq saxlanılıb və o, cəmiyyətə, dövlətə cavab verməli olacaq: “Burada ictimaiyyətin rolu da böyükdür. Sosial şəbəkədə vəhşi heyvanların saxlanılması ilə məlumatlar yayılır. Cəmiyyət və dövlət birgə yaxşı fəaliyyət göstərdi. Biz bu cür məsələlərə hamılıqla həssas yanaşmalıyıq”.

Nazir əlavə edib ki, müxtəlif heyvanların şəxsi evlərdə və ya iaşə obyektlərində saxlanılması faktları azalıb: “Artıq ictimaiyyət bu istiqamətdə məlumatlıdır. Kimsə bu cür hala rast gəlirsə, onu ictimailəşdirir və dərhal tədbirlər görülür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Filippində güclü zəlzələ oldu

Sonrakı məqalə

Nazir: