Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ayı turist ilə selfi çəkdirdikdən sonra onu parçaladı –

User 11 İyul 2025 - 08:48 (Last updated: 11 İyul 2025 - 08:51)
turist ayi

Rumıniyada italiyalı turist heyvanı yedizdirmək istəyərkən qonur ayının hücumuna məruz qalıb və öldürülüb.

AzPost “Bild”ə istinadən xəbər verir ki, polis onun telefonunda vəhşi heyvanların onlarla foto və videoları tapıb. Bu fotolarda onun təkrar-təkrar ayılara həddən artıq  yaxınlaşdığı görünür.

48 yaşlı Ömər Z. cümə axşamı səhər öz motosikleti ilə Rumıniyada heyrətamiz mənzərələri ilə tanınan mənzərəli dağ yolu olan Transfaqarasan şossesi ilə hərəkət edib. Burada turistlər arasında təhlükəli tendensiya yayılıb: qonur ayıları yemləmək. Yemək çağırışına gələn heyvanlarda insanlardan qorxu hisisni getdikcə itir.  Bu səbəbdən hazırda marşrut boyunca onlarla xəbərdarlıq nişanı quraşdırılıb.

İstintaqın məlumatına görə, kişi bu nişanlardan birinin düz qarşısında dayanıb.

“O, motosikletindən düşüb ayıya yemək təklif edir. Hücumdan bir az əvvəl çəkilmiş fotoşəkillər də telefonda tapılıb. Ayı getdikcə yaxınlaşır. Bunlar yaxından çəkilişlərdir”, – meşə təsərrüfatı xidmətinin əməkdaşı Armand Çiriloiu Rumıniya televiziyasına bildirib.

“Budur, ayı, necə də gözəldir, mənə tərəf gəlir!”- italyalı turist videoda deyir. Sonra heyvan ona hücum edir. Şahidlər hücumdan sonra ayının cəsədi meşəyə sürüklədiyini və hadisəyə şahid olan sürücülərin təcili yardım çağırdığını bildirib.

Köməyə gələn silahlı əməkdaşlar hadisə yerinə çatanda tursit artıq ölmüşdü. Ayı xilasedicilərə hücum edəndə ona atəş açılıb. İlkin məlumata görə, bu, balalarını qoruyan ana ayı olub.

Səlahiyyətlilərin məlumatına görə, ərazidə 100-dən çox qonur ayı yaşayır. Təkcə son bir ayda onlar qeyri-qanuni qidalanma zamanı üç turistə hücum ediblər.

 

AzPost.az

Post navigation

Previous: Paşinyan “Daşnaksütyun”un fəaliyyətinə son qoya bilər –
Next: Bu günə olan valyuta məzənnələri

Oxşar xəbərlər

edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35

xƏBƏR

rus ukr danisiq abu dabi
  • Dünya

Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb?

User 11 Noyabr 2026 - 16:54
Avropa təhlükəsizlik sistemi mövzusu Əbu-Dabidə danışıqların əsas mövzusuna çevrilib. Bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib. O,...
Read more about Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb?
Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı

User 11 Noyabr 2026 - 14:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.