Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski barəsində cinayət işi açılıb. AzPost bildirir ki, ona qarşı Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb. Onun oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsimə aparılıb. Hazırda Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.

AzPost.az