İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir. Yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kiloqramda medalçılar müəyyənləşib. Ayxan Cavadov (60 kiloqram) finalda isveçli Adam Silverinə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək Avropa çempionu olub. Fəraim Mustafayev (67 kiloqram) gərgin mübarizə şəraitində keçən qarşılaşmada türkiyəli Abdullah Keskinə 7:5 hesabı ilə qalib gələrək bürünc medal qazanıb. Seymur Qasımov (72 kiloqram) yunanıstanlı Arionas Kolitsopulosa 1:3 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib. Elmin Əliyev (82 kiloqram) isə serbiyalı Oqnyen Yakovlyeviçə tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

AzPost.az