Azərbaycan KİV-lərində reklam gəlirləri 3 dəfə azalıb – Böyük şirkətlər qəzetlərə nə üçün reklam vermir?
Son 4 il ərzində Azərbaycanda kütləvi informasiya vasitələrində yayımlanan reklamdan gələn gəlirlərin həcmi 3 dəfədən çox azalıb.
Azpost.info Trend-ə istinadən bildirir ki, 2015-ci ildə KİV-lərdə yayımlanan reklamlardan gələn gəlirin miqdarı 25 969 100 manat, 2016-cı ildə 10 912 400 manat, 2017-cı ildə 4 684 800 manat olub.
Ötən il KİV-lərin reklamdan əldə etdiyi gəlirin miqdarı əvvəlki ilə nisbətən artsa da, bu məbləğ 2015-ci ilə nisbətən yenə də 3 dəfədən çox az olub. 2018-ci ildə KİV-lərdə yayımlanan reklamlara görə 7 747 200 manat gəlir əldə edilib.
Ümumilikdə, KİV-lərdə yayımlanan reklama görə gəlirin ən böyük payı televiziyaların payına düşür. Amma reklam yayımlanmasından gələn ümumi gəlir azaldığına görə televiziyaların da reklama görə əldə etdiyi gəlir məbləği azalıb.
2015-ci ildə televiziyada yayımlanan reklamdan 19 836 000 manat gəlir əldə edildiyi halda, 2018-ci ildə bu rəqəm 6 912 400-ə enib.
Əlaqəli xəbərlər
-
ChatGPT, yoxsa Claude - Hansı süni intellekt daha güclüdür? / 5 əsas fərq
-
İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA
-
11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb - Evlənmək istəyənlər niyə azalır?
-
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım
Növbəti xəbər yüklənir...