“Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişlə bağlı danışıqlar davam edir”. Bunu  APA-ya açıqlamasında Azərbaycan Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Nazir müavini əlavə edib ki, hazırda video-konfranslar vasitəsilə müzakirələr aparılır: “Lazım gələrsə, Brüsseldən Bakıya, Bakıdan Brüsselə də səfərlər olacaq. Danışıqlarda irəliləyiş olmalıdır".