Azərbaycan yenidən İsrailə müraciət edib - "İranda azərbaycanlılar yaşayan ərazilərə zərbə endirməyin"
Azərbaycan İranda azərbaycanlılar yaşayan ərazilərdə əməliyyat zamanı mülki əhalinin və mülki obyektlərin təhlükəsizliyi ilə əlaqədar ehtiyatlı davranmaq və zərbələrdən mümkün qədər yan keçmək üçün müxtəlif kanallarla İsrail tərəfə yenidən müraciət edib.
AzPost bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, xüsusilə Ərdəbildəki hərbi obyektlərin vurulmasından sonra Azərbaycan tərəfdə mülki əhalinin təhlükəsizliyi baxımından narahatlıq yaranıb.
Qeyd edək ki, İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələri hədəfə almamaq, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı Azərbaycanın bir neçə gün əvvəl müxtəlif kanallarla İsrail rəhbərliyinə mesaj göndərdiyi barədə məlumat yayılmışdı.
Xatırladaq ki, İsraillə İran arasında iyunun 13-də başlayan hərbi əməliyyatlar zamanı hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə böyük ziyan dəyir.
İsrailin endirdiyi zərbələr İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə etdiyindən yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması təhlükəsi yaranır.
AzPost.az
Əlaqəli xəbərlər
-
İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA
-
11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb - Evlənmək istəyənlər niyə azalır?
-
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım
-
Neft 77 dollara düşə bilər - Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL
Növbəti xəbər yüklənir...