İndiyədək Azərbaycana yatırılan investisiyaların ümumi həcmi 360 milyard ABŞ dollarından çox olub, bunun da təxminən yarısı xarici investisiyaların payına düşüb. Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib. O bildirib ki, xarici sərmayədarların aktiv iştirakı ilə yaşıl enerji, kənd təsərrüfatı, sənaye, nəqliyyat, logistika, rəqəmsallaşma, turizm və digər sektorlarda layihələr həyata keçirilir. "Son 6 il ərzində qeyri-neft ixracı 2 dəfə artıb. Bu da ölkəmizdə rəqabət qabiliyyətinin yüksəlməsinin göstəricisidir" - deyə nazir müavini əlavə edib. /APA/

AzPost.az