Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək. AzPost xəbər verir ki, ilk gündə 8 matç keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi Bəhreyni sınağa çəkəcək. Qarşılaşma saat 20:30-da başlayacaq. Bu görüşdən əvvəl turnirin açılış mərasimi baş tutacaq. Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər. A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Dünya çempionatı Qrup mərhələsi I tur 21 may   A qrupu 20:30. Azərbaycan - Bəhreyn 23:00. Mavritaniya - Sloveniya   B qrupu 09:15. Fransa - Çad 21:45. Rumıniya - Özbəkistan   C qrupu 10:30. Macarıstan - Türkiyə 13:00. Ukrayna - İngiltərə   D qrupu 11:45. Bolqarıstan Portuqaliya 14:15. Slovakiya - Hindistan   Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq. AzPost.az