Azərbaycanda insanlar ən çox vərəmin hansı formasına yoluxur?- Xəstələrin sayı açıqlandı
Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan vərəm xəstələrinin sayı azalıb.
Azpost.info trend-ə istinadən bildirir ki, 2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan vərəm xəstələrin sayı 8 684 (residiv halları istisna olmaqla) olub.
Bu say 2017-ci ildə 9 743, 2015-cı ildə 9 695, 2010-cu ildə 12 469, 2005-ci ildə 5 320 olub.
2018-ci ildə ölkədə 3 762 nəfərə ilk dәfә vərəm diaqnozu qoyulub.
2005-ci ildə əhalinin hәr 100 000 nәfәrinә düşən ilk dәfә vərəm diaqnozu qoyulmuş insanların sayı 43,7 nəfər olduğu halda, 2018-ci ildə bu say 38,3-ə enib.
Xəstələrin çoxuna ağciyər vərəmi diaqnozu qoyulub.
Ötən il 2 859 nəfərə ilk dəfə ağciyər vərəmi, 466 nəfərə vərəmli plevrit, 157 nəfərə sümük və oynaqların vərəmi diaqnozu təyin edilib.
Əlaqəli xəbərlər
-
İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA
-
11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb - Evlənmək istəyənlər niyə azalır?
-
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım
-
Neft 77 dollara düşə bilər - Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL
Növbəti xəbər yüklənir...