“Azərbaycanla Ermənistan arasında danışıqlarda 3-cü tərəfə ehtiyac yoxdur” - ÇAVUŞOĞLU
"Qarabağda müharibə bitəndən, Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra, Azərbaycan və Türkiyə olaraq gücümüzü sülh və sabitlik üçün yönəltdik".
Bunu Antalya Diplomatiya Forumunun yekunlarına dair mətbuat konfransı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Ermənistanın Azərbaycanın sülh təklifinə cavab verməsi lazımdır.
“Bölgənin sabitliyi üçün hər kəsin çalışması lazımdır. Bizim Azərbaycanla 3 və 4-lü əməkdaşlıq mexanizmlərimiz var. Bir gün sülh olarsa, niyə Ermənistan da bu formatlara qatılmasın ki? Fikrimcə, sülh sazişinə dair danışıqlarda 3-cü tərəfə ehtiyac yoxdur. Azərbaycan və Ermənistan özləri oturub danışmalıdırlar. Biz iki tərəf arasında atıla biləcək bütün addımları dəstəkləyirik”, - deyə o bildirib.
Nazir Türkiyə və Ermənistan arasında da münasibətlərin normallaşma prosesinin olduğunu xatırladıb.
“Bizim bu normallaşma prosesimizi Azərbaycan da dəstəkləyir. Bu mövzu da bütün addımlarımızı Azərbaycanla koordinasiya edirik. Biz iki dövlət ola bilərik, amma bir millətik. Kiminsə buna şübhəsi olmasın. Dünən Ermənistanlı həmkarım Araratla görüşümüz zamanı Ermənistan tərəfinin Azərbaycanın sülh təklifinə müsbət cavab verməklərini gözlədiyimizi qeyd etdim. O öz növbəsində isə ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamaq niyyətində olduqlarını mənə dedi”. (APA)
Əlaqəli xəbərlər
-
İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA
-
11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb - Evlənmək istəyənlər niyə azalır?
-
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım
-
Neft 77 dollara düşə bilər - Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL
Növbəti xəbər yüklənir...