52 yaşında vəfat edən rəssam Fərhad Yalquzağın meyiti emalatxanada aşkarlanıb. Bu barədə Teleqraf-a rəssam Pəri Miniatür məlumat verib. Onun sözlərinə görə, mərhum emalatxanada vəfat edib. Nəşi dostları tərəfindən tapılıb. Rəssam Fərhad Yalquzağın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub. Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, bıçaqla özünə xəsarət yetirib və qanaxmadan ölüb. Məlumata görə, iyunun 17-də saat 23 radələrində 1973-cü il təvəllüd Fərhad Əhmədli oğlu İsgəndərov yaşadığı M.Rüstəmov küçəsi ev 6/4-də qollarına bıçaqla xəsarət yetirib və o qanaxmadan vəfat edib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. Fərhad Yalquzaq bu gün Zabrat qəbiristanlığında anasının yanında torpağa tapşırılacaq. Xatırladaq ki, rəssam 1973-cü ildə martın 14-də anadan olub. Sənətkarın yaradıcılığının əsasını avanqard üslub təşkil edib. O, 2022-ci ildə "XAZART" simpoziumunda iştirak edərək texnika və yaradıcılıq prinsiplərini gənclərlə paylaşıb. "Muzey Mərkəzi"nin sərgilərində isə "Afrikalı şaman" (2009), "Bilyard ustası" (2010) və s. əsərləri yer alıb. AzPost.az