Türkiyənin İğdır vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” “İHA” agentliyinə istinadən xəbər verir ki, Azərbaycana məxsus dövlət qeydiyyat nişanı olan avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan 5 nəfər azərbaycanlıdan biri həlak olub, digər dördü isə yaralanıb. Hadisə ilə bağlı araşdırma başaldılıb.
AzPost.az