“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətində yeni təyinat olub. Valyuta.az-ın əldə etdiyi məlumata görə, Rəşad Süleymanov “Azərsilah” Müdafiə Sənayesi Holdinqi”ndə İnsan Resursları Departamentinin Direktoru təyin edilib. O, buna qədər,  “Baku Steel Company” QSC-nin İnsan Resursları Direktoru, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində İnsan Resursları Departamentinin rəhbəri vəzifəsində çalışıb. AzPost.az