Azərbaycan əsgəri Qarabağda döyüşməyə gəlmiş erməni aktyoru məhv etdi

21 Oktyabr 2020 - 12:40

Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı döyüşlərə qatılan aktyor məhv edilib.

Ermənistan KİV-ləri xəbər verir ki, Yerevan Dövlət Pantomima Teatrının 39 yaşlı aktyoru Ovannes Acinyan zərərsizləşdirilib.                            

Ovannes Acinyan 1981-ci il aprelin 10-da Yerevan şəhərində anadan olub. 2013-cü ildən o, Pantomima teatrında çalışıb.