Oktyabr ayında Azərbaycan ordusu tərəfindən xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryan Ermənistana qaytarılıb.
Azpost.info bildirir ki, Azərbaycanın bu gün Ermənistana qaytardığı əsirlərin sırasında bu qadın da var.
Azərbaycan əsgərlərinə “Evinizə xoş gəlmisiniz” deyərək qarşılayan Baqdasaryan Bakıda mətbuat konfransı keçirərək heç bir pis rəftara məruz qalmadığını bəyan etmişdi.
“Biz də sizin kimi müharibə istəmirik. İstəmirik ki, analar övladlarının ölümünə ağlasın, uşaqlar isə yetim qalsın. Müharibə çoxlu dərd gətirir. Əvvəllər iki millət dostluq və sülh içərsində yaşayırdı. Məni qorxudurdular ki, sən azərbaycanlıların əlinə düşsən öldürəcəklər. Ancaq tam əksi oldu. Mənimlə yaxşı rəftar edirdilər. Mənə Bakını göstərdilər. Sevdiyim qutabı burada yedim. Kim nə deyir-desin, ən dadlı qutabları Bakıda bişirirlər. Mən Bakıda paxlava ilə çay içdim. Həmçinin mənə köhnə və xoş xatirələrimin olduğu Bakını göstərdilər. Nənəmgilin yaşadığı evi də mənə göstərdilər”-deyə o bildirmişdi.