Azərbaycan COP29-dan səmərəli faydalanaraq enerji keçidinə doğru irəliləyir- ÜST rəsmisi

Azərbaycanı COP29 konfransına sədrlik etməsi münasibətilə təbrik edirəm. Konfrans uğurla öz işinə davam edir.

Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugen söyləyib. COP29-u fərqləndirən əsas cəhətdən danışan Hans Henri Klugen bildirib ki, son beş konfransa sədrlik edən ölkələr səhiyyəni gündəmin əsas mövzuları sırasında saxlamaq istiqamətində birgə səylər göstərirlər.

“Azərbaycan COP29 konfransından səmərəli faydalanaraq enerji keçidinə doğru irəliləyir. Ölkənin “ağıllı kənd” konsepsiyasından istifadə

etməsi bunun bariz nümunəsidir”,- deyə ÜST-nin Avropa üzrə regional direktoru əlavə edib(azərtac).

Əvvəlki məqalə

Ceyhun Bayramov ATƏT PA-nın vitse-prezidenti ilə görüşüb

Sonrakı məqalə

Mədəniyyət Nazirliyində “Tiktok”un vitse-prezidenti ilə görüş olub