Azərbaycan Dəmir Yolları sərnişinlərə müraciət edib –

Sabah bu istiqamətə elektrik qatarı işləməyəcək
19 Noyabr 2019 - 00:10

Noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsindən bildirilib.

Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur.