“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına kömək edirik” –

LAVROV
21 May 2021 - 16:30

“Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün imkan yaranıb”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Rusiya Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çərçivəsində pis işləməyib: “İndi isə biz Azərbaycan-Ermənistan münasibətlərinin və ümumilikdə Cənubi Qafqazda mühitin normallaşmasına kömək edirik. Burada 1990-cı illərdən bəri Qarabağ münaqişəsi ilə əlaqədar bağlı qalmış bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının, o cümlədən bizim sayəmizdə açılması üçün imkan yaranıb”.