500-dən çox əcnəbi həkim Ukraynadakı zərərçəkənlərə tibbi yardım göstərməyə hazır olduğunu bildirib.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirliyin saytında dünyanın hər yerindən həkim və tibb bacısı qeydiyyatdan keçib.
Onların arasında Avropa İttifaqı, Azərbaycan, Böyük Britaniya, İsveçrə, Türkiyə, İsrail, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika Respublikası, Hindistan, İordaniya, və Braziliya nümayəndələri var.
Ukrayna Səhiyyə Nazirliyi qeydiyyat formunun açıq qaldığını vurğulayıb: “Çoxsaylı təkliflərə görə minnətdarıq! Sizin dəstəyiniz çox vacibdir və biz bunu heç vaxt unutmayacağıq!”. Azpost.info