Azərbaycan millisi Türkiyə ilə oynayacaq

25 Dekabr 2019 - 09:39

Azərbaycan milli komandası yoxlama oyunu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız Türkiyə ilə qarşılaşacaq. Oyun mayın 26-da baş tutacaq. Görüş Türkiyənin Antalya şəhərində keçiriləcək.

Qeyd edək ki, oyun “ay-ulduzlular”ın AVRO-2020-nin final mərhələsinə hazırlığı çərçivəsində baş tutacaq.