Azərbaycan Ordusunun giziri dəfn olunub

31 Mart 2021 - 11:33

Martın 30-da Xocavənd rayonu ərazisində göldə boğularaq dünyasını dəyişən hərbçi bu gün dəfn olunub.

Gizir Heydər Əliyev doğulduğu Sabirabad rayonunun Bala Həşimxanlı kəndində torpağa tapşırılıb. Əliyevin Vətən müharibəsində Füzulidən Laçın və Şuşaya qədər ağır döyüş yolu keçdiyi bildirilir. (APA)

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.