Azərbaycan Şahmat Federasiyası Arkadi Naydiçlə müqaviləsinə xitam verib

06 Yanvar 2021 - 12:15

Qrossmeyster Arkadi Naydiçlə Azərbaycan Şahmat Federasiyası (AŞF) arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Apasport.az saytı xəbər verir ki, bu barədə AŞF-in mətbuat xidməti məlumat yayıb.

Federasiya beş il kişi şahmatçılardan ibarət milli komandada çıxış edən qrossmeysterə təşəkkür edib və gələcək karyerasında uğur arzulayıb.

Qeyd edək ki, Arkadi Naydiç 2017-ci ildə Azərbaycan yığmasının heyətində komandalar arasında Avropa çempionatında qızıl medal qazanıb.