Azərbaycan Şahmat Olimpiadasının qalibi olub

05 Noyabr 2019 - 16:01

16 yaşadək şahmatçılardan ibarət Azərbaycan yığması Türkiyədə keçirilən Olimpiadanın qalibi adını qazanıb.

APA-nın məlumatına görə, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayevadan ibarət milli komanda son turda qələbə sayəsində rəqibləri üçün əlçatmaz olub.

IX turda Çinlə üz-üzə gələn şahmatçılarımız 7-ci görüşlərindən də qalib ayrılıblar. Digər 2 matçda da heç-heçə edən yığma 16 xalla Şahmat Olimpiadasının çempionu adına yiyələnib.

Yarışda gümüş medallara Özbəkistan sahib olub. Asiyalılar millimizdən 1 xal geri qalıblar. İlk “üçlüy”ü 14 xalla Belarus qapayıb.

Qeyd edək ki, 48 iştirakçının qatıldığı Olimpiadada Azərbaycan 2 komanda ilə mabarizə aparıb. Digər təmsilçimiz Azərbaycan-Naxçıvan turnirdə 9 oyundan 3-də qalib gəlib, 2-də heç-heçə edib və 4-də uduzub. Aktivində 8 xalı olan komanda yarışı 29-cu yerdə bitirib.