Azərbaycan şirkəti ilk taktik pilotsuz uçuş aparatı hazırlayıb –FOTO

Azərbaycanın “İdrak Texnoloji Transfer”şirkəti tərəfindən vertikal qalxma və enmə xüsusiyyətlərinə (Vertical Take-Off and Landing-VTOL) sahib taktik pilotsuz uçuş aparatı hazırlanıb.

Azpost.info bildirir ki, bu barədə “Azeri Defence” hərbi jurnalına müsahibəsində “İdrak Texnoloji Transfer” şirkətinin prezidenti Hikmət Abdullayev məlumat verib.

Benzin mühərriklə təchiz edilən VTOL tipli PUA radar, LIDAR, multispektral kamera, gündüz və gecə kamerası, habelə aerofoto çəkiliş üçün kamera ilə təchiz oluna bilər.

Çəkisi 22 kq təşkil edən PUA-nın fasiləsiz uçuş müddətinin 20 saata qədər, uçuş radiusunun avtomatik rejimdə 1000 km olacağı gözlənilir.

VTOL tipli PUA-lar uçuş və eniş üçün əvvəlcədən hazırlanmamış ərazilərə enib-qalxa bilir və böyük aerodromlar tələb etmir. Bu səbəbdən son illər dünyada bu tip PUA-lara tələbin artması müşahidə olunur. Hazırda bir sıra ölkələrin Hərbi Dəniz Qüvvələri tərəfindən VTOL tipli PUA-ların gəmilərə bazalaşdırılması məsələsinə baxılır.

Qeyd edək ki, “İdrak Texnoloji Transfer” şirkəti tərəfindən ikisi sabit qanad və 3 multikopter tipli pilotsuz uçuş aparatı layihələndirilib, prototiplər yaradılıb və sınaqları davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-ın Müdafiə naziri Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub

Sonrakı məqalə

Trampı bunkerə salan “zərif nəhəng” –