Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsi təhlükəsizlik marağımızdır” –

User 16 Noyabr 2022 - 22:05 (Last updated: 21 May 2025 - 20:15)
donfrid

Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsindən sonra başlayan və 30 ildən çox davam edən münaqişəyə uzunmüddətli sülhün əldə edilməsi üçün tarixi fürsət var.

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Senatın Xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı deyib.

O bildirib ki, sentyabrın 13-14-də olduğu kimi, bu istiqamətdə bəzi geriləmələr olub.

“Toqquşma başladığı zaman biz dərhal döyüşlərin dayandırılması ilə məşğul olduq. Bu geriləmə bizim hamımıza vəziyyətin həssaslığını, dayanıqlı və hərtərəfli sülh razılaşmasının önəmini xatırlatdı”, – Karen Donfrid bildirib.

O əlavə edib ki, dövlət katibi Entoni Blinkenin liderliyi ilə ABŞ dialoqun davam etdirilməsində vasitəçi olub və sentyabın 19-da, həmçinin noyabrın 7-də xarici işlər nazirlərinin birgə görüşünə ev sahibliyi edib.

O, oktyabrın 4-də Blinkenin hər iki tərəflə telefonla danışığı apardığını da xatırladıb:

“Bizim iştirakımız sayəsində oktyabrın 4-də Azərbaycan sentyabr döyüşləri zamanı əsir düşmüş 17 erməni əsiri azad edib. İki tərəf arasında etimad üçün bu cür addımlara ehtiyac var”.

Karen Donfrid qeyd edib ki, ABŞ Avropa İttifaqı (Aİ) və digər tərəfdaşlarla yaxın koordinasiya içərisində Azərbaycan və Ermənistanı danışıqları davam etdirməyə cəsarətləndirir.

O, ABŞ-ın Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan dialoqu alqışladığını vurğulayıb:

“Biz Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması dialoqunu müsbət qiymətləndiririk və hər iki tərəfə yardımçı rolu oynamağa hazır olduğumuzu bildirmişik. Bu, regional sabitliyi artıra və daha böyük iqtisadi inkişafa apara bilər. Həmçinin bu, Rusiyanın Ukraynadakı səbəbsiz və qəddar müharibəsi fonunda indi daha vacibdir”.

Karen Donfrid vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsi doğru davranış olmaqla yanaşı, ABŞ-ın milli təhlükəsizlik marağıdır.

Post navigation

Previous: “Ermənistanın ziddiyyətli bəyanatları sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir”
Next: İranda terror aktı törədilib, 5 nəfər ölüb

Oxşar xəbərlər

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.