“Azərbaycan və Ermənistan liderləri arasında aktiv kommunikasiya aparılır”

08 Oktyabr 2021 - 08:00

“Gürcüstan artıq regional oyunçu kimi çox güclü funksiya əldə edib”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu ölkənin İctimai telekanalına açıqlamasında deyib.

Bildirib ki, 30 il ərzində Gürcüstan ilk dəfə vacib regional rol və funksiyaların icrasına nail olub.

“Bu gün 30 il ərzində ilk dəfə Gürcüstan artıq vacib rol və funksiya icra edir. Bildiyiniz kimi, Baş nazirin birbaşa təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında aktiv kommunikasiya aparılır. Gürcüstan hökuməti hər şeydən öncə regional əməkdaşlıq baxımından ilk addımların atılmasına nail olub. Bu vacib nəticə bizim vasitəçiliyimiz sayəsində olub”.

Nazir qeyd edib ki Avropa və ABŞ-ın güclü dəstəyi ilə bu istiqamətdə növbəti addımlar da atılacaq.