Azərbaycan və Ermənistan XİN başçılarının onlayn formatda görüşü başlayıb –

FOTO
21 Aprel 2020 - 19:28

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında video-konfrans formatında görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva “Twitter” hesabında yazıb.

Azərbaycan və Ermənistan XİN başçıları arasında video-konfrans formatında görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə keçirilir.