Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov növbəti qolunu vurub.
Hücumçu Bəhreynlə yoldaşlıq oyununda hesabı bərabərləşdirib.
Bu, Almaniya futbolunun yetirməsi olan milliləşən legionerin yığmadakı 5-ci qolu olub. R.Dadaşov bu topu 24-cü matçında vurub.
O, komandanın tarixinin bombardirləri siyahısında 8-14-cü yerlərə şərik olub. Forvard 5 qola malik 7-ci oyunçudur. O, bu göstəricidə Nazim Süleymanov, Rəşad Sadıqov, Vyaçeslav Lıçkin, Əfran İsmayılov, Fərrux İsmayılov və Vidadi Rzayevə çatıb.
R.Dadaşov fasilələrlə çağırıldığı yığmada son qolunu 6 il əvvəl – 2013-cü il oktyabrın 11-də vurub. O, 2189 gün əvvəl Şimali İrlandiya ilə DÇ-2014-ün Bakıdakı seçmə oyununda (2:0) fərqlənib.