“Azərbaycana dəstək verməyə davam edəcəyik” –

HULUSİ AKAR BƏYAN ETDİ
11 Noyabr 2020 - 11:22

“Azərbaycan Türkü qardaşlarımıza haqlı mübarizələrində dəstək verməyə davam edəcəyik, hər zaman onlarla birlikdə və bərabər olacağıq”.

 “Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə Nazirliyində keçirilən tədbirdə deyib.

“Hamımız gözü yaşlı azərbaycanlı qardaşlarımızın uğurlarını öz uğurlarımız kimi qəbul edib qeyd etdik. Bu da bizim qardaşlığımızın, tək millət olmağımızın açıq-aydın göstəricisidir. Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!”, – deyə nazir vurğulayıb.