“Azərbaycana “Sputnik V” vaksininin göndərilməsi üzərində iş aparılır” –

Rusiya XİN
05 Aprel 2021 - 09:00

Azərbaycana koronavirusa qarşı Rusiya istehsalı “Sputnik V” vaksini partiyasının göndərilməsi üzərində iş aparılır. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 29-cu ildönümü ilə bağlı sosial şəbəkə hesablarındakı paylaşımında bildirilib.

Qeyd olunub ki, ötən il iki ölkə koronavirusla mübarizədə sıx əməkdaşlıq edib: “2020-ci ildə Rusiya və Azərbaycan mehriban qonşuluq, qarşılıqlı yardım və bərabərhüquqlu prinsiplərə əsaslanaraq COVİD-19-la mübarizədə sıx əməkdaşlıq edib. Ölkələrimizin səhiyyə nazirləri, digər profil strukturlarının rəhbərləri daim təmasdadırlar. Azərbaycan tərəfinin təklifi ilə birgə vaksin istehsalının təşkilinə Rusiyanın əczaçılıq kompaniyası olan “R-Farm” cəlb olunub. Rusiya Birbaşa İnvestisiyalar Fondunun xətti ilə Azərbaycana “Sputnik V” vaksini partiyasının göndərilməsi üzərində iş aparılır”.