Azərbaycanda 1 qəsəbə və 2 kəndin statusu dəyişir

Milli Məclisin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.

“Report” xəbər verir ki, qanun layihəsində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklərin edilməsi təklif edilir.

1. Babək qəsəbə inzibati ərazi dairəsi tərkibində Babək qəsəbəsinə şəhər statusu verilsin. Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilsin.

2. Cəhri kəndi inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilsin. Cəhri kəndi inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

3. Nehrəm kəndi inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilsin. Nehrəm kəndi inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Biləsuvarda qonşusunun evinə atəş açan şəxs tutulub

Sonrakı məqalə

TƏBİB ictimai nəqliyyatdan istifadə edənlərə müraciət etdi