Həftədə cəmi 4 gün işləmək təklifi müzakirə olunmur –

Nazir təkzib etdi
14 Oktyabr 2019 - 11:57

“Hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, qısaldılmış iş günləri kompleks məsələdir: “Bu, ölkənin məşğulluq və əmək bazarında ciddi təsir edə bilər. Azərbaycanda əmək haqqı aylıq əsasla müəyyən edilir. 4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əmək haqqına təsir edə bilər. Bu, əmək haqqından, əmək bazarından irəli gələrək əmək resurslarının yaratdığı əlavə dəyərədən asılı olaraq müəyyən edilə bilər”.

Nazirin sözlərinə görə, gələcəkdə istənilən məsələ kimi bu da müzakirə oluna bilər.