Azərbaycanda dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

Bu barədə DİM məlumat yayıb. İmtahan nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak etmək üçün 1856 namizəd qeydiyyatdan keçib. İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlayacaq və 3 saat davam edib.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN-dən İlqar Məmmədovun saxlanılması xəbəri ilə bağlı açıqlama verdi

Sonrakı məqalə

Bakı Polisi MSK-nın qarşısındakı aksiya ilə bağlı açıqlama yaydı: