Azərbaycanda DSK üzvü həbs edilib- Korrupsiyada ittiham olunur

Azərbaycanda vəzifəli şəxs həbs edilib.

APA-nın məlumatına görə, Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri Vəliyev Aqil Rəhimdil oğlu korrupsiya cinayətlərində təqsirli bilinir.

A.Vəliyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, A. Vəliyev Vətəndaş Həmrəyliyi Partiyasının Şirvan rayon təşkilatının sədri, 46 saylı Şirvan Dairə Seçki Komissiyasının (DSK) üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bibiheybət yolunun açılacağı vaxt bəlli oldu

Sonrakı məqalə

“Ermənistanın hazırkı rəhbərliyi öz sələfləri kimi uydurma açıqlamalar verir”