Azərbaycanda koronavirusa yoluxanların sayı 7553 nəfərə çatıb-

4149 nəfər sağalıb, 88 nəfər vəfat edib
07 İyun 2020 - 18:57

Hazırkı dövrədək Azərbaycanda 7553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4149 nəfər müalicə olunaraq sağalıb, 88 nəfər vəfat edib, 3316 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.