Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət açıqlanıb- RƏSMİ

“Hazırda havaların bir qədər soyumasına baxmayaraq, ölkəmizdə koronavirusla bağlı epidemioloji vəziyyət sabitdir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, ara-sıra kiçik dalğalanmalar müşahidə olunsa da, yeni yoluxma halları minimaldır.

“Xəstəlik əksərən yüngül, yuxarı tənəffüs yollarının zədələnmə əlamətləri ilə keçir və fəsadsız ötüşür. Ağır və fəsadlaşmış hallar əsasən risk qrupları arasında təsadüf edir”, – deyə o qeyd edib(apa).

Əvvəlki məqalə

Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir

Sonrakı məqalə

DYP yağışlı havaya görə müraciət edib