Azərbaycanda koronavirusla bağlı testlərin sayı 450 mini ötdü

- RƏSMİ
26 İyun 2020 - 17:50

Azərbaycanda indiyə qədər koronavirusa görə aparılan testlərin sayı məlum olub.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bu gün 6 980 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 456 min 215 test aparılıb.