Azərbaycanda son sutkada 48 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 814 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 819 nəfər müalicə olunaraq sağalıb, 9 687 nəfər vəfat edib, aktiv xəstə sayı 308 nəfərdir.

Ölkədə son sutka ərzində 4481, hazırkı dövrədək isə 6 692 062 test aparılıb.

Əvvəlki məqalə

“Növbədə Rusiya və Ukrayna prezidentlərinin görüşüdür” –

Sonrakı məqalə

Ukrayna təhlükəsizlik zəmanətinin detallarını açıqlayıb