Azərbaycanda yaşa görə pensiya alanların sayı açıqlanıb

11 Mart 2021 - 11:55

Mart ayının 1-i tarixinə olan məlumata əsasən, yaşa görə pensiya alanların ümumi sayı 710 min nəfərdən yuxarıdır.

Bunu Azpost.info-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

Onun sözlərinə görə, onların 60 faizini qadınlar, 40 faizini isə kişilər təşkil edir.