Azərbaycandakı banklar bugünkü valyuta hərracında 53,8 mln. dollar cəlb edib

15 Aprel 2021 - 12:51

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

 Hərracda tələb 53,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (13 aprel 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 13,4% və ya 8,3 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.