Azərbaycanın ən zəif inkişaf etmiş 6 RAYONU –

cenub

Azərbaycanda iqtisadi cəhətdən ən zəif inkişaf etmiş rayonları məlum olub.

Bunlar Naftalan, Lənkəran, Lerik, Masallı, Astara və Yardımlıdır.

Azpost.info bildirir ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, yanvar-sentyabr aylarında bu rayonlarda adambaşına düşən məhsul istehsalı 1500 manat və ondan aşağı olub.

Ən aşağı göstərici Yardımlı rayonundadır – cəmi 948 manat.

Xatırladaq ki, yanvar-oktyabr aylarında ölkə üzrə bu göstərici orta hesabla 5 825,7 manat təşkil edib.

Naftalan rayonunda bu dövrdə 3,6% iqtisadi geriləmə baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir