Azərbaycanın buğda idxalında Rusiyanın payı kəskin azalıb

Bu ilin yanvar ayında Azərbaycan xaricdən 32,475 mln. ABŞ dolları (55,208 mln. manat) dəyərində 93 704,53 ton buğda idxal edib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə buğdanın idxalı həcm ifadəsində 4 dəfə, dəyər ifadəsində isə 5,5 dəfə artıb.

Qeyd edək ki, hesabat ayında buğdanın 50,1%-i Qazaxıstandan, 49,9%-i isə Rusiyadan idxal olunub. Ötən ilin eyni ayı ilə müqayisədə Rusiyanın Azərbaycanın buğda idxalı bazırındakı payı kəskin dərəcədə – 37,1 faiz bəndi azalıb, Qazaxıstanın isə payı isə müvafiq olaraq 37 faiz bəndi artıb.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan ümumilikdə 331,946 mln. dollarlıq (564,308 mln. manat) 1 148 100,78 ton buğda idxal edib. Sözügedən həcmin 95,3%-i Rusiyadan gəlib.

Əvvəlki məqalə

ABŞ Ukraynaya və Orta Asiyaya 1,5 milyard dollar yardım ayırır

Sonrakı məqalə

Oyuncaq tapança ilə 45 min manatlıq qızıl oğurlayan yeniyetmələr saxlanılıb